Oğlu dəfn pulunu götürüb yoxa çıxdı, atasının meyiti altı il morqda qaldı

14-06-2020, 08:47           
Oğlu dəfn pulunu götürüb yoxa çıxdı, atasının meyiti altı il morqda qaldı
Rusiyanın Krasnoyarsk diyarında yerləşən Jeleznoqorsk şəhərində Sibir axtarış-xilasetmə qrupunun könüllüləri pul toplayaraq, altı ilə yaxın meyitxanada qalmış rusiyalı Aleksandr K.-nın cəsədini basdırıblar.

Lenta.ru xəbər verir ki, bunun üçün könüllülərin mərhumun oğlunu taparaq, dəfn üçün razılıq almaları tələb olunub.

Aleksandr K. 2014-cü ilin sonlarında, 53 yaşında ölüb. Cəsədi mənzildə tapılaraq, meyitxanaya aparılıb. Oğlu kişinin ölümünü təsdiqləyən sənədləri götürüb və onların əsasında dəfn icazəsini aldıqdan sonra yoxa çıxıb.

Cəsədin morqunda yerləşdiyi 51 saylı xəstəxananın rəhbərliyi dəfn təşkili üzrə xeyriyyə qurumuna üz tutsa da, orada həmin şəxsin oğlunun artıq müraciət edərək nəzərdə tutulan məbləği aldığı bildirilib. Belə olduqda xəstəxana rəhbərliyi polisə məlumat verib. Məsələ ictimailəşəndən sonra yerli sakinlər öz yardımlarını təklif ediblər. Amma dəfn üçün ilk növbədə mərhumun oğlunun razılığı olmalı idi.

Oğlunu tapdıqdan sonra könüllülər onun rəsmi razılığı ilə Aleksandr K.-nı dəfn ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru