Polisə müqavimət göstərən şəxs güllələnərək öldürüdü - FOTO

14-06-2020, 11:12           
Polisə müqavimət göstərən şəxs güllələnərək öldürüdü - FOTO
ABŞ-da daha bir nəfər polis tərəfindən qətlə yetirilib.

Publika.az İHA-ya istinadən xəbər verir ki, Corciya ştatının Atanta şəhərində fast-fud restoranlarından birinin qarşısındakı parkinqdə avtomobildə yuxuya gedən 27 yaşı Rayshard Bruks barədə polisə müraciət edilib. Ərazidəki digər avtomobillərin hərəkətinə mane olan qaradərili Bruksu avtomobilini kənara çəkməsi üçün xəbərdarlıq edilib. Bu zaman münaqişə yaranıb və gənc oğlan qaçmağa çalışıb. Bundan sonra polis əməkdaşı qaçmaq istəyən Bruksu saxlamaq üçün şok tapançası ilə atəş açıb. Ağır xəsarət alan sakin xəstəxanaya çatdırılsa da, vəfat edib.

Corciya ştatının polis idarəsi hadisə barədə məlumat yayıb. Bildirilib ki, park etdiyi avtomobidə yatan gənci alko-test etmək istəyən polis müqavimətlə qarşılaşıb. Lakin bundan sonra R.Bruks ərazidən qaçmağa çalışıb və polis onu saxlamaq qərarına gəlib. Hadisə barədə araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.