Porto Riko sularına atılan çantalarda 2 milon dollar ələ keçirildi

16-06-2020, 17:42           
Porto Riko sularına atılan çantalarda 2 milon dollar ələ keçirildi
Porto Riko ilə ABŞ arasındakı dəniz sularında yaşanan təqib zamanı Amerika torpaqlarına keçirilməsi istənilən qanunsuz pullar ələ keçirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsi məlumat yayıb. Məlumata görə, dənizdən qayıqla qaçan naməlum şəxslərin suya atdıqları çantalardan 2 milyon dollardan çox pul çıxıb.

Hadisə Porto Rikonun şərqində yerləşən Vieques adasının yaxınlığında meydana gəlib.

Qeyd edək ki, Karib dənizinin şimal şərqində ada ölkəsi olan Porto Riko ABŞ torpağı olsa da, müstəqil idarəçiliyə sahibdir. Bölgə narkotik və çirki pul yuyulmasının əsas mərkəzlərindən biridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.