Maykl Cordan 200 kiloqramlıq balıq tutdu - Foto

17-06-2020, 00:01           
Maykl Cordan 200 kiloqramlıq balıq tutdu - Foto
Altı dəfə NBA çempionu olan basketbolçu Maykl Cordan “Big Rock Blue Marlin” turniri zamanı çəkisi 200,6 kiloqram olan marlin balığı tutub.

Axşam.az xəbər verir ki, 57 yaşlı Cordanın hər il iştirak etdiyi yarışa dünyanın müxtəlif ölkələrindən balıqçılar qatılır. Yarışın ümumi mükafat fondu isə 3,3 milyon dollar təşkil edir.

Ən böyük marlin balığını tutan iştirakçı isə bu vəsaitin üçdə birini alacaq.

Cordan ovladığı 200,6 kiloqramlıq balıqla hazırda altıncı yeri tutur. Turnir zamanı tutulan ən böyük balıq isə 224 kiloqramdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru