“Elman Nəsirov, sənin mövcudluğun adamı hövsələdən çıxarır” – QALMAQAL

17-06-2020, 22:48           
“Elman Nəsirov, sənin mövcudluğun adamı hövsələdən çıxarır” – QALMAQAL
Milli Məclisin deputatı Elman Nəsirovla Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında debatda qalmaqal baş verib.
Pravda.az-ın xəbərinə görə, müzakirə olunan mövzu koronavirus pandemiyası dövründə tətbiq olunan tədbirlər olub.
Bu zaman E.Nəsirovun çıxışı Sərdar Cəlaloğlunu hövsələdən çıxarıb.
Deputat deyib ki, Azərbaycan dövləti bu məsələdə operativ addımlar atıb.
S.Cəlaloğlu isə ona etiraz edib.
E.Nəsirov isə deyib ki, qarşı tərəfi sakit şəkildə dinləyir: “Gördünüz ki, mən sizi tam sakit şəkildə dinlədim. Ən böyük problemim bilirsiniz nədir? Müxalifət nümayəndələri ilə debata çıxarkən hamısı hövsələdən çıxırlar. Təmkinli deyillər. Bu, nə ilə bağlıdır, bilmir”.

S.Cəlaloğlu isə qeyd edib: “Bu, sənin adamı hövsələdən çıxarmağınla bağlıdır”.
Elman Nəsirov: Mənim sükutum sizi hövsələdən çıxarır, bir nəfərin sözünü kəsmirəm.
Sərdar Cəlaloğlu: Mövcudluğun adamı hövsələdən çıxarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru