Mübariz Mənsimovun məhkəməsinin vaxtı açıqlandı

18-06-2020, 00:16           
Mübariz Mənsimovun məhkəməsinin vaxtı açıqlandı
“Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

O bildirib ki, məhkəmə bu ilin sentyabr ayının 15-nə təyin edilib.

“Türkiyə məhkəməsinin qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə son sözü uca türk ədaləti deyəcək. "Palmali” olaraq uca Türk ədalətinə güvənir və inanırıq!” – F.Quliyeva qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru