• Mirqafar Seyidovun vəziifəsindən azad edilməsi xəbərini yaydılar - Nazirlik təkzib etdi

18-06-2020, 18:45           
• Mirqafar Seyidovun vəziifəsindən azad edilməsi xəbərini yaydılar -
Daxili İşlər Nazirliyində kadr islahatları aparılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovu tutduğu vəzifədən azad edib. M. Seyidov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, M. Seyidov 2014-cü ildən Bakı şəhər Baş Polis İdarəsinin rəisi idi.

***

“Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilməsi barədə xəbər həqiəti əks etdirmir və tərəfimizdən təkzib edilir”.

Bunu “Report”un sorğusuna cavab olaarq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qeyd edək ki, mediada Daxili İşlər naziri Vilayət Eyvazovun polis general-mayoru Mirqafar Seyidovu tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.