“Baktelecom” açıqlama verdi- İnternetin kəsilməsi ilə bağlı

18-06-2020, 23:32           
“Baktelecom” açıqlama verdi- İnternetin kəsilməsi ilə bağlı
“Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

“Bakı Telefon Rabitəsi” MMC-dən verilən məlumata görə, nəticədə bəzi “Baktelecom” abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb.

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru