Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq

19-06-2020, 10:51           
Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq
"Abşeron dairəvi dəmir yolu xəttində “WiFi” şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün test prosesləri yekunlaşıb".

Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Məlumat-Hesablama Mərkəzi Departamentinin rəisi David Əliyev bildirib.

Onun sözlərinə görə, bununla bağlı pilot layihə həyata keçirilir: "Layihə uğurla ucra olunsa dairəvi dəmir yolu xətti üçün layihələndirməyə başlanılacaq. Gələcəkdə ölkədə bütün qatarlarda “WiFi” şəbəkəsinin qurulması nəzərdə tutulur”.

Xatırladaq ki, martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.