Kişi ondan boşanmaq istəyən arvadını güllələdi

20-06-2020, 00:00           
Kişi ondan boşanmaq istəyən arvadını güllələdi
Türkiyədə şiddətə məruz qalan qadın güllələnib. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 illik evliliyi ərzində həyat yoldaşı Raqif Canan tərəfindən fiziki zorakılıqla üzləşən Nurtac Canan boşanmaq qərarına gəlib. Bundan xəbər tutan ər odlu silahla onu güllələyib.

Beş güllə yarası alan qadın hadisədən öncə döşəməyə qanı ilə "ana və ata haqqınızı halal edin, məni Raqif vurdu. Qurtuldum", - deyə yazıb.

Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Buna baxmayaraq, qadın bir müddət gəzə biməyəcək.

Həyat yoldaşını öldürməyə cəhd edən Rafiq Canan isə axtarışdadır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru