Paytaxtdakı məşhur klinika bağlanır

25-06-2020, 23:33           
Paytaxtdakı məşhur klinika bağlanır
Bakının özəl klinikalarından biri, xüsusilə nəhəng sığorta şirkətləri ilə çalışan və son günlər koronavirus testləri həyata keçirən “MediClub” klinikası bu gündən karantinə bağlanıb.

Dominant.az xəbər verir ki, pasiyentlərdən daxil olan məlumata görə, həkimlər klinikaya işə gəlməyəcəklər. Artıq xəstələrə bu barədə məlumat verilir.

Medicina.az klinikaya zəng edərək məsələ ilə maraqlanıb. Klinikadan bildiriblər ki, laboratoriyada COVID 19 testi xidməti davam edir, lakin qızdırmalı, koronaviruslu xəstə ilə təması olan şəxslər testə qəbul olunmur.

Klinikada yalnız bir terapetv olacağı, digər həkimlərin isə bir müddət işləməyəcəyi qeyd olunub.

Klinikanın koronaviruslu xəstələr üçün ayrılmadığı da vurğulanıb.

2 həftəlik karantinin səbəbini soruşduqda isə “dəqiq bilmirik” cavabını veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru