Sərxoş şəxs 270 minlik “Lamborghini”yə zərər yetirdi - VİDEO

27-06-2020, 18:58           
Sərxoş şəxs 270 minlik “Lamborghini”yə zərər yetirdi - VİDEO
Belarusda sərxoş rusiyalı 270 min manatlıq “Lamborghini”yə zərər yetirib. Avtosfer.az xəbər verir ki, insident paytaxt Minskdə baş verib.

Məlumata görə, 26 yaşlı Astraxan sakini, sərxoş vəziyyətdə “Müstəqillik” prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında park edilmiş “Lamborghini” markalı avtomobilə yaxınlaşaraq öncə əlindəki zibil qabı ilə qapının yan şüşəsini qırıb, sonra isə təbii ehtiyacını ödəyərək çəkdiyi siqaret kötüyünün ocağını oturacaqda söndürüb.

Polis onu hadisə başında yaxalayıb. Sərxoş bu hərəkətlərini, sosial bərabərsizliyə etiraz olaraq etdiyini dilə gətirib. Dəymiş zərər 75 min rubl (1830 manat) dəyərində qiymətləndirilib.

O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.aftosver.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru