Deputatlar koronaya görə işə çıxmaqdan imtina edir

28-06-2020, 22:06           
Deputatlar koronaya görə işə çıxmaqdan imtina edir
İraq parlamentinin deputatları koronavirus pandemiyasından dolayı işə gəlməkdən imtina edir.

Axar.az xəbər verir ki, bu barədə “Şəfəq” agentliyi məlumat yayıb.

“Hazırda toplantıların bərpası və çağırışı ilə bağlı gözlənti yoxdur. Parlament üzvləri pandemiya təhlükəsi səbəbindən palata iclasına qatılmır”, - deyə bildirilib.

Qeyd edilir ki, artıq 30 deputat koronaya yoluxub və hazırda müalicə alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.