Altı yaşlı qız polisə zəng edərək, anasının tutulmasını xahiş etdi

29-06-2020, 08:15           
Altı yaşlı qız polisə zəng edərək, anasının tutulmasını xahiş etdi
Böyük Britaniyanın Bentili şəhərində yaşayan altı yaşlı qızcığaz polisə zəng edərək, anasının tutulmasını xahiş edib.

“Metro” nəşri yazır ki, uşaq hüquq-mühafizə orqanlarına oyun vaxtı anasının onun ayağından tutub dartması ilə bağlı şikayət edib.

Qeyd olunur ki, 29 yaşlı Viki Pitçford qızı Rubiyə ekstremal vəziyyətlərdə polisə zəng etməyin qaydasını öyrədib. Lakin bu günlərdə qızı ilə oynayarkən Viki uşağın uzağa getməməsi üçün onu ayağından tutaraq saxlayıb. Rubi kənara qaçaraq telefonu götürüb və polisə zəng edib. Bundan sonra ana polis məmurunu inandıra bilib ki, onlar sadəcə oynayırlar.

Nəşrə müsahibə verən ana qızının xilasetmə xidməti ilə əlaqə yarada bilməsindən qürur duyduğunu açıqlayıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru