Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlandı — STATİSTİKA

29-06-2020, 10:39           
Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlandı — STATİSTİKA
Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.


Teref.az xəbər verir ki, yoluxmanın 53,4% Bakının payına düşür.


Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.


Ölkə xaricindən gələn şəxslərin isə 1,6 faizi virusa yoluxub.


Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (12,9%) qeydə alınıb. Sonrakı yerdə 12,6%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,7%-lə Nəsimi, 9%-lə Suraxanı, 8,6%-lə Nərimanov, 8,1%-lə Nizami, 5,5%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,1%-lə Xəzərdə, 0,3%-lə Pirallahı olub.


Qeyd edək ki, bu gün Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb. (report.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru