İnstagram istifadəçilərini aldadan saxtakar fenomen HƏBS OLUNDU

30-06-2020, 09:17           
İnstagram istifadəçilərini aldadan saxtakar fenomen HƏBS OLUNDU
Nigeriyalı saxtakar ''İnstagram'' fenomeni saxlanılıb.

''Ölkə.Az'' xəbər verir ki, Nigeriyalı saxta ''İnstagram'' fenomeni Raymond Abbas Dubayda polis tərəfindən saxlanılıb. 38 yaşlı fenomenin mənzilindən 30 milyon sterlinqdən artıq pul ələ keçirilib. O dəbdəbəli saxta fotolarla ''İnstagram'' istifadəçilərini aldadıb. Məsələ ilə bağlı Dubay polisi Briqadier Camal al-Calaf açıqlama verib. ''Abbas aldatdığı insanların bank hesablarını oğurlayıb. Daha sonra pulları göndərmək üçün tanınmış şirkət və bankların adına saxta web səhifələri açıb. Beləliklə, bir çox ölkənin vətəndaşlarına qarşı saxtakarlıq edərək pullarını mənimsəyib'' -deyə, o qeyd edib. Abbas ABŞ, Avropa, və Nigeriyada yaşayan insanların 350 milyon sterlinqdən artıq pullarını oğurlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru