Xəstəxanadakı oksigen balonları partladı, 19 nəfər öldü - FOTO

1-07-2020, 10:43           
Xəstəxanadakı oksigen balonları partladı, 19 nəfər öldü - FOTO
İranın paytaxtı Tehrandakı xəstəxanada baş verən partlayış nəticəsində azı 19 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, dəhşətli hadisənin səbəbi xəstəxanadakı oksigen balonlarının partlamasıdır. Bunu dövlət televiziyasına açıqlamasında qubernator müavini Həmid Reza söyləyib.

Məlumata görə, ölənlərin 15-i qadın, 4-ü kişi cinsi nümayəndələridir.

Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib. Onlar 20 nəfərin həyatını xilas edə biliblər.

Partlayış baş verən zaman əməliyyat edilənlər də olub.

Qeyd edək ki, Səhiyyə Nazirinin müavini Iraj Harirçi ilkin açıqlamada bildirmişdi ki, Sina At'har sağlamlıq mərkəzində baş verən partlayış nəticəsində 10 qadın və 3 kişi ölüb.

Milli.Az hadisə ilə bağlı görüntüləri təqdim edir:

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru