Turist selfi çəkərkən tarixi heykəlin barmaqlarını sındırdı

3-08-2020, 08:03           
Turist selfi çəkərkən tarixi heykəlin barmaqlarını sındırdı
Avstriyalı turist İtalyanın Possanıo muzeyində selfi çəkərkən, italyalı heykəltəraş Antonio Kanovanın (1757-1822) gipsdən hazırladığı məşhur Polin Bonapart heykəlinin barmaqlarını sındırıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə sənətşünas Vittorio Zqarbi məlumat verib.

Onun sözlərinə görə, Avstriyadan olan turist heykəlin ayaqlarının üstünə oturub və əsərin iki barmağını sındırıb. Bundan sonra, hadisə barədə heç kimə məlumat vermədən muzeydən uzaqlaşıb.

Videogörüntülər artıq polisə verilib. Heykəlin barmaqları da tapılıb və hazırda muzey bərpa işləri ilə məşğuldur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.