Ermənilər bütün dünyanı Kəlbəcərə səslədi-VİDEO
24-01-2016, 14:13
İnterpress.az-ın verdiyi xəbərə görə, turistlər üçün hazırlanmış rolikdə Kəlbəcərin görməli yerlərinin, isti su və bu kimi təbii bulaqlarını reklam edir.
Qeyd edək ki, Bakıdan 458 km aralı, Tərtər çayı dərəsində yerləşən Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Ermənistanın işğalı nəticəsində şəhərin 8.900 dinc sakini hazırda məcburi köçkün kimi Azərbaycan Respublikasının digər yaşayış məntəqələrində məskunlaşıb.
Kəlbəcər şəhərindəki məscid işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 metr² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999 ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.