Ömrü uzadan gen kəşf edilib

22-01-2021, 09:27           
Ömrü uzadan gen kəşf edilib
Çinin paytaxtı Pekində bir qrup elm adamı, qocalmanı aradan qaldıran və ömrü uzadan gen kəşf ediblər.

Teref.az bildirir ki, bu haqda “Science Translational Medicine” jurnalında xəbər yer alıb. Məlumatda yeni genin adının “kat7” olduğu qeyd edilib.

Gen ilk dəfə siçanlar üzərində təcrübədən keçirilib. 6-8 ay davam edən sınaqlardan sonra gəmiricilərin yaşının azladığı və ömrlərinin 25 % artdığı müşahidə edilib.

Onlar belə genin kəşfinin ilk dəfədir reallaşdırıldığını deyiblər. Çinli alimlər bundan sonra primatlar üzərində də eyni təcrübənin həyata keçiriləcəyini bildirib. //Axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru