Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü

24-01-2021, 08:38           
Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi:
Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən gəminin 19 nəfərlik heyəti olub. Onların arasında azərbaycanlı mühəndisin olduğu bildirilir.

Teref.az xəbər verir ki, ilkin məlumatlara görə, “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.

Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib./Oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru