Almaniya parlamentində Rusiya casusu tapıldı

26-02-2021, 08:35           
Almaniya parlamentində Rusiya casusu tapıldı
Almaniya Federativ Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşını Rusiyaya casusluq etməkdə günahlandırıb.

“Vestnik Kavkaza” xəbər verir ki, Yens F. adlı şəxs "casus təşkilatı fəaliyyəti” ilə ittiham olunur.

Təqsirləndirilən Yens F. Bundestaqda işləyir, orada elektrik cihazlarını yoxlayır. O, Almaniya parlamentinin binası üçün planlar olan sənədləri əldə edib.

“Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının sonu - sentyabr ayının əvvəlləri öz təşəbbüsü ilə Bundestaqın daşınmaz əmlakı barədə məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürməyə qərar verib”, - deyə Almaniya baş prokurorluğun açıqlamasında qeyd olunur.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru