"ABŞ səfirliyi casus yuvasıdır"

1-03-2021, 11:34           
"ABŞ səfirliyi casus yuvasıdır"
Eastnews.org-un verdiyi xəbərə görə, İraqdakı "Nücəba" İslami müqavimət hərəkatının baş katibinin müavini ABŞ-ın Suriya sərhədindəki İraq müqavimət qüvvələrinin mövqelərinə hücumundan danışıb.

Nasir əş-Şəmmari "Al Mayadeen" kanalına verdiyi müsahibədə "Əvvəlki bütün müqavilələr ləğv edildi və müqavimət artıq öz hədəflərini təyin etmək hüququna malikdir. Müqavimət ABŞ-ın Bağdaddakı səfirliyini casus yuvası kimi xarakterizə etsə də, onu hədəf almamağı qəbul etmişdi", - deyə bildirib.

Əş-Şəmmari İraq hökumətini son hücumla bağlı indiyə qədər heç bir açıqlama vermədiyinə görə tənqid edərək, "Hökumət muzdluların kim olduğunu açıqlamaqdan imtina etsə, İslami müqavimət "Həşd Şəbi"nin məlumatlarını ABŞ-a ötürənlərlə mübarizəni öz vəzifəsi olaraq görəcək", - deyə xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru