“Üçüncü doza ehtiyac yarana bilər”

16-04-2021, 09:04           
“Üçüncü doza ehtiyac yarana bilər”
“Pfizer” dərman şirkəti koronavirus vaksinasiyasından keçən şəxslərin ən geci 12 ay içərisində üçüncü doz peyvəndə ehtiyac duyacaqlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, şirkətin CEO-su Albert Bourla CNBC televiziyasına açıqlamasında bu barədə danışıb.

“Ehtimal olunan ssenariyə görə, altı ilə 12 ay arasında üçüncü doza ehtiyac duyulacaq və insanların hər il yenidən vaksinasiyadan keçməsi zəruriliyi yaranacaq. Yeni virus növlərinin görülməsi bu qərarı almaqda vacib rol oynayacaq”, - o qeyd edib.

“Pfizer”in məlumatlarının iki mindən çox vaksinasiyadan keçmiş şəxsə əsaslandığı, ancaq qorumanın altı ay sonra davam edib-etmədiyini müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac olduğu vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru