Çində uşaq bağçasına silahlı hücum edilib, 2 azyaşlı ölüb, 16-sı yaralanıb 29-04-2021, 07:53 Çinin Beylu şəhərində naməlum şəxs özəl uşaq bağçasına bıçaqla hücum edib.APA Sinxua agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində uşaqlardan 2-si ölüb, 16-sı yaralanıb. 14 uşağa tibbi yardım göstərilib, onlardan 2-si əməliyyata götürülüb.Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri araşdırılır. Facebook-da paylaş