"Parklanma yerləri pulsuzdur!" - Diqqət!

29-04-2021, 16:48           
"Parklanma yerləri pulsuzdur!" - Diqqət!
İllərdir davam edən və həllini tapmayan qanunsuz parklanma və bu xidmətə görə tələb olunan ödəniş müəmmasının sirri açılmır. Maşınların yol kənarında park edilməsinə kim və necə nəzarət edir? Buna hansı qurum cavabdehlik daşıyır?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəziləri fərd olaraq, bəziləri isə şirkət əməkaşı kimi parkinqləri nəzarətə götürüblər. Onun sözlərinə görə, sürücülərdən qanumsuz ödəniş almaqla yanaşı bəzən qəbz də verirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə bildirib ki, küçədə parklanma yerlərində nəqliyyat vasitələrini park edən sürücülərdən kimlərinsə vəsait alması qanunsuz bir haldır və bu şəxslərin Bakı Nəqliyyat Agentliyi ilə hər hansı bir əlaqəsi yoxdur. O, məsələnin araşdırılması üçün məsul qurumlara bir neçə dəfə müraciət olunduğunu vurğulayıb.

“Report”un mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.