Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə zamanı yaralananların sayı 96-ya çatıb

30-04-2021, 07:43           
Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə zamanı yaralananların sayı 96-ya çatıb
Qırğızıstan və Tacikistan arasındakı sərhəd münaqişəsi zamanı yaralananların sayı 96 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Interfax” Qırğızıstanın Səhiyyə Nazirliyinin Batkən vilayətindəki koordinatoru Arzıbek Borubekova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərin sayı dəyişməz olaraq qalıb – üç nəfər.

A.Borubekov əlavə edib ki, yaralanan 96 nəfərdən 38-i təyyarə ilə Bişkekə göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.