Ukraynada girov götürülən iranlı bloqer azad edilib - FOTO

1-05-2021, 09:08           
Ukraynada girov götürülən iranlı bloqer azad edilib - FOTO
Ukraynanın miqrasiya polisi Kiyevdə öz həmvətənləri tərəfindən girov saxlanılan iranlı bloqer və onun azyaşlı qızını azad edib.

Bu barədə Ukrayna Milli Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, 37 yaşlı iran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstə adı açıqlanmayan iranlı bloqerə qarşı qanunsuz əməllər edib.

Belə ki, dəstənin rəhbəri bloqerə bildirib ki, İran hüquq-mühafizə orqanları “əxlaqa zidd fəaliyyətinə görə” onu həbs etməyə hazırlaşır. Bu yolla bloqeri qorxudaraq 100 min dollar qarşılığında onu İrandan çıxararaq Ukraynaya gətirib, sonra isə qadına qarşı soyğunçuluq törədiblər.

Cinayətkarlar xanım bloqeri azyaşlı qızı ilə birlikdə Kiyevdəki mənzillərin birində girov kimi saxlayıb, 1.4 milyon dollar dəyərindəki 25 bitkoinini ələ keçirib, özünü isə Türkiyəyə qaçırmağa cəhd göstəriblər.

Hadisəni törədən iki nəfər İran vətəndaşı saxlanılıb. Onları 15 ilədək həbs cəzası gözləyir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru