Xəzərdə bir gündə 3 zəlzələ qeydə alındı: Seysmiklik niyə artıb? - RƏSMİ AÇIQLAMA

1-05-2021, 15:49           
Xəzərdə bir gündə 3 zəlzələ qeydə alındı:
Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Xəzər dənizində seysmikliyin artması ilə bağlı məlumatlara münasibət bildirib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib ki, Xəzər dənizi seysmik aktiv olan bölgələrdən biridir:

"Xəzərin Azərbaycan sektorunda müxtəlif dərinliklərdə çoxsaylı zəlzələ ocaqları var. Odur ki, vaxtaşırı Xəzərdə zəlzələlərin olması gözləniləndir və bu da ərazinin seysmikliyi ilə bağlıdır. Xəzərdə baş verən zəlzələlərin quru ərazilərə təsirinə gəlincə, zəlzələ sahilyanı zonaya yaxın ərazidə baş verərsə və ocağın dərinliyi Yer səthinə yaxın olarsa (12-15 km-ə qədər) zəlzələ hiss oluna bilər. Bu gün baş verən zəlzələrin maqnitudası aşağı olub və zəlzələ ocağı 62 km dərinlikdə yerləşir".

Qeyd edək ki, bu gün Xəzər dənizində 3 zəlzələ qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru