Pakistanda leysan yağışlar 10 nəfərin ölümünə səbəb oldu

1-06-2021, 07:56           
Pakistanda leysan yağışlar 10 nəfərin ölümünə səbəb oldu
Pakistanın qərbindəki Pəncab əyalətinə yağan leysan yağışlar bir sıra fəsadlar törədib.

“Report” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Qeyd edilir ki, təbii hadisə nəticəsində baş verən bədbəxt hadisələr 10 insanın ölümünə və üç nəfərin xəsarət almasına səbəb olub.

Məlumata görə, leysan yağışlar zamanı Okara şəhərindəki evlərdən birinin damı çöküb, dördü uşaq olmaqla səkkiz nəfər ölüb və üç nəfər yaralanıb.

Bundan başqa bir nəfər ildırım vurması, digər şəxs evin divarının üzərinə aşması nəticəsində vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru