İsrail ordusu Suriyanın hərbi obyektini məhv edib

2-06-2021, 06:22           
İsrail ordusu Suriyanın hərbi obyektini məhv edib
Çərşənbə axşamı İsrail hərbçiləri Suriya ordusunun Holan yüksəkliklərindəki müşahidə məntəqəsini məhv ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib.

O, qeyd edib ki, yəhudi dövlətinin suverenliyini pozulması cəhdlərinə heç bir cəhdlə dözməyəcəklər.

"İsrail ordusunun qüvvələri Suriya müşahidə məntəqəsinə hücum edib və onu partlayıcı qurğuların köməyi ilə partladıb. İsrail ordusu İsrailin dövlətinin suverenliyini pozulması ilə bağlı heç bir cəhdə dözməyəcək və öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üzrə işi davam etdirəcək", - Avixay Edrinin tvitterdə yayılmış bəyanatında deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.