Yoldan keçən qadını yarımcan olana qədər döydü - VİDEO

3-06-2021, 07:27           
Yoldan keçən qadını yarımcan olana qədər döydü - VİDEO
Rusiyanın Smolensk şəhərində bir kişi yanından keçən tanımadığı qadını yarımcan olana qədər döyüb.

Bu barədə gazeta.ru xəbər verib. Hadisənin müşahidə kamerası tərəfindən çəkilən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlarda kişinin gözlənilmədən yanından keçən qadının üzündən yumruq vurduğu görünür. Qadın aldığı zərbədən yerə yıxılır. Kişi bir az getdikdən sonra yenidən geri qayıdır, onu qaldıraraq yaxınlıqdakı evin yaxınlığına aparır və orada qəddar şəkildə döyməyə başlayır.

Qadın sonradan huşunu itirib. Səhər onu yerli sakinlər tapıblar. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Kişi artıq saxlanılıb. Onun barəsində cinayət işi açılıb. Kişini 10 ilə qədər azadlıqdan məhrum etmə gözləyir.

İlkin məlumatlara görə, bu şübhəlinin qadınlara ilk hücumu deyil.

Yerli medianın məlumatına görə, kişi psixi pozğunluqdan əziyyət çəkir, o müvafiq müəssisələrdə müalicə olunsa da, görünür bu ona kömək etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru