Arvadı və sevgilisi ilə birlikdə yaşayan kişi öldürüldü

3-06-2021, 08:43           
Arvadı və sevgilisi ilə birlikdə yaşayan kişi öldürüldü
Ankarada dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, həyat yoldaşı və sevgilisi ilə birlikdə yaşayan Önder Çelik öldürülüb.

Belə ki, həyat yoldaşı Seher Çeliklə sevgilisi Gülyeşim Kavuştuk arasında yaranan mübahisə kişinin ölümü ilə nəticələnib.

Qadınları sakitləşdirmək istəyən Önder sevgilisi Gülyeşimin bıçaq zərbələrinə məruz qalıb. Hadisə nəticəsində kişi çoxlu qan itirərək ölüb. Cinayət yerinə gələn polislər qadını saxlayıblar. Gülyeşimin narkotik maddənin təsiri altında olduğu məlum olub. Qadın barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.