İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində “peşmərgə” adlanan kürd silahlılarının 5 döyüşçüsü həlak olub, daha 4 döyüşçü yaralanıb.
Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.
İraqın Kürd regional administrasiyası rəhbərinin müavini Serbest Lezgin jurnalistlərə bildirib ki, terrorçular Dohuk şəhərinin Amedi rayonu ərazisində “peşmərgə” döyüşçülərini pusquya salıblar.