Rustavinin maşın bazarında yanğın, 20-yə yaxın avtomobil külə döndü

6-06-2021, 16:17           
Rustavinin maşın bazarında yanğın, 20-yə yaxın avtomobil külə döndü
Gürcüstanın Rustavi şəhərində yerləşən avtomobil bazarında yanğın olub.

Teref.az xəbər verir ki, yaxınlıqdakı qida obyektində baş verən yanğın bazardakı nəqliyyat vasitələrinə keçib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın artıq lokallaşdırılıb.

İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.

Hadisə zamanı 20-yə yaxın avtomobilin yandığı bildirilir. Report.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.