Kermadek arxipelaqı (Yeni Zelandiyaya daxildir) yaxınlığında Sakit okeanda 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri 2,4 min nəfər əhalisi olan Nukualofa (Tonqa Krallığının paytaxtı) şəhərindən 737 km cənubunda olub. Təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.