ABŞ-da manikür salonunda qiymətdən narazı qalan qadın xidmətçini güllələyib

8-06-2021, 07:20           
ABŞ-da manikür salonunda qiymətdən narazı qalan qadın xidmətçini güllələyib
ABŞ-ın Texas ştatında manikür salonunda müştəri xidmətçini güllələyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştat polisinin açıqlamasında bildirilib.

Texasın Harris dairəsində manikür salonunda qiymətdən narazı qalan qadın 42 yaşlı asiyalı xidmətçini güllələyib.

Hadisə yerinə gələn polis xidmətçini yaralı vəziyyətdə aşkar edib. Hadisəni törədən qadın salondan qaçıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.