Rusiyada sovet dövrünün “QAİ” avtomobili satışa çıxarılıb – FOTO

8-06-2021, 08:54           
Rusiyada sovet dövrünün “QAİ” avtomobili satışa çıxarılıb – FOTO
Avto.ru saytında vaxtilə sovet Rusiyasının Dövlət Avtomobil Müfəttişliyinə (QAİ) məxsus olmuş VAZ 2101 avtomobili satışa çıxarılıb.

Elanın müəllifi 48 illik maşına görə 380 min rubl (təqribən 8900 manat) tələb edir.

Xidməti avtomobil indiyədək 120 min km məsafə qət edib. Şəkillərə əsasən demək olar ki, avtomobil yaxşı vəziyyətdə saxlanılıb. Satıcı onun təmirə ehtiyacı olmadığını, kino çəkilişləri, korporativ gecələr və digər bu kimi tədbirlər zamanı lazım ola biləcəyini qeyd edir.

Avtomobildə 1.2 litrlik 64 at gücü olan benzin mühərriki və dördpilləli mexaniki ötürücü qutu quraşdırılıb.ou
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru