Koronavirusdan ölən qadının qızıl dişləri oğurlandı - Azərbaycanda ŞOK

8-06-2021, 16:23           
Koronavirusdan ölən qadının qızıl dişləri oğurlandı - Azərbaycanda ŞOK
Azərbaycanda vəfat edən koronavirus xəstəsinin qızıl dişləri oğurlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qazax rayonunda olan xəstəxanalardan birində baş verib.

"COVID"dən ölən, 1959-cu il təvəllüdlü Leyla Əzizovanın həyat yoldaşı Arif Əzizov Lent.az-a faktı təsdiqləyib.

O bildirib ki, həyat yoldaşını may ayının 26-da xəstəxanaya yerləşdirib: “Xəstəxanadan dedilər ki, yoldaşım pnevmoniyadır. İyunun 1-i axşam isə bizə ölümü ilə bağlı məlumat gəldi. Yoldaşımın ağzında səkkiz qızıl dişi var idi. Mənə dedilər ki, süni nəfəs aparatına qoşulanda dişləri çıxarılıb. Biz müraciət etdikdən sonra başqa diş gətirdilər, onu götürmədik. Sonra bizə dedilər ki, guya paketin içərisində dişləri bizə veriblər, amma verilməyib. Sözün düzü artıq qızıl dişləri istəmirik və bundan da şikayətçi deyilik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru