Jurnalistlər binasından yıxılıb ölən uşağın kimliyi bilindi

8-06-2021, 21:16           
Jurnalistlər binasından yıxılıb ölən uşağın kimliyi bilindi
Bakıda üç yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin üç yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.

***

Səbail rayon prokurorluğu bu gün 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesi 32 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru