Üç yaşlı uşağını “tərbiyələndirmək” istəyən ana onu beşinci mərtəbədən yerə saldı - FOTO/VİDEO

9-06-2021, 07:16           
Üç yaşlı uşağını “tərbiyələndirmək” istəyən ana onu beşinci mərtəbədən yerə saldı - FOTO/VİDEO
Rusiyanın Samara şəhərində 25 yaşlı içkili ana üç yaşlı uşağını “tərbiyə” məqsədi ilə beşinci mərtədən sallayarkən əlindən yerə salıb.

Bu barədə “Podyom” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, 25 yaşlı qadın uşağı paltarından tutaraq eyvandan sallayıb. Bununla bağlı yayılan kadrlarda uşağın “Ana, qorxuram” qışqırtısı eşidilir. Lakin ana “tərbiyəsinə” davam edib. Nəticədə mayka cırılıb və uşaq yerə çırpılıb.

Şahidlərin sözlərinə görə, bundan sonra ana heç nə olmamış kimi yerə düşərək uşağı qucağına alıb və öz mənzilinə aparıb.

Artıq qadın saxlanılıb, ona qarşı “Çarəsiz vəziyyətdə olan azyaşlını öldürmə” maddəsi ilə cinayət işi açılıb.oxu.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru