Rusiyada Vardan Koçiyan iki vəzifəli şəxsi qətlə yetirdi

9-06-2021, 16:26           
Rusiyada Vardan Koçiyan iki vəzifəli şəxsi qətlə yetirdi
Rusiyanın Adler rayonunda iki icra məmuru güllələnib.

Bu barədə Rusiya mətbuatı və Telegram kanalları məlumat yayıb.

Qeyd edilib ki, öldürülən icra məmurları etnik ermənilər olan 35 yaşlı Andronik Makivasyan və 36 yaşlı Albert Azyazyandır. Onlar evdən çıxarılması barədə məhkəmə qərarı ilə bir şəxsin yanına gediblər. Məhkəmə qərarına əsasən, evin sökülməsi nəzərdə tutulub. Lakin adı açıqlanmayan şəxs bundan qəzəblənərək icra məmurlarını odlu silahla qətlə yetirib.

Məlumata görə, qətli törədən şəxs də erməni əsilli 61 yaşlı Vardan Koçiyandır. Hadisə zamanı üçüncü məhkəmə icraçısı xəsarət almayıb.

Cinayətkar artıq polis bölməsinə aparılıb. Faktla əlaqədar araşdırma gedir. //virtualaz.org//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru