Dost dostunun evinə basqın etdi: “Yumruqla vurduq, ayaqlarını bağladıq…”

24-02-2016, 21:09           

Sumqayıtda baş verən quldurluq hadisəsinin üstü açılıb.
Hadisə Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14 mənzil 93-də qeydə alınıb. Sumqayıt sakini 38 yaşlı Rafiq Ramiz oğlu Həsənov tanışı 27 yaşlı Sənan Vahid oğlu Kərimduxla yeyib işdikdən sonra ona quldurluq etməyi təklif edib. Sənan Kərimdux əvvəl razılaşmasa da, sonradan təklifi qəbul edib.
Rafiq Həsənov deyir ki, Sənan Kərimduxla əvvəldən tanışlığı olmayıb: “Ev sahibi liftdən çıxanda yumruqla bir neçə dəfə vurduq. Sonra ayaqlarını bağladıq”.

Rafiq ev sahibini yumruqla vurduğunu desə də, Sumqayıt Şəhər Polis İdarəsindən cinayətin rezin çəkiclə törədildiyini bildiriblər. Başından zərbə alaraq huşunu itirən Ceyhun Məmmədovun əl-qolunu bağlayan saxlanılan şəxslərmənzilə daxil olublar.
“Su istədi, verdik. Çalışdıq ki, ölüm olmasın. Məqsədimiz qorxutmaq idi. Başladıq evi axtarmağa”, – Rafiq Həsənov bildirib.

Evi axtarmağa başlayan dostlar oradan pul və qızıl götürüblər: “480 manat pul və qızıl götürdük”.
Qeyd edək ki, zərərçəkən Ceyhun Məmmədov saxlanılan Rafiq Həsənovun dostu olub. Saxlanılan şəxslər zərərçəkmişin evində 50 min manat olduğunu zənn edərək bu işə əl atıblar.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin “Quldurluq” maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
RX












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.