“Bir sutka ərzində Naxçıvana gəlməsən bacın və qohumların girov götürüləcək” - POLİSDƏN BİABIRÇI HƏDƏ
25-02-2016, 02:28
Naxçıvan polisindən vətəndaşa açıq və birbaşa hədə: “Bir sutka ərzində Naxçıvana gəlməsən bacın və qohumların girov götürüləcək”
Naxçıvanlı iş adamı, təzyiqlərdən dolayı bir neçə ildir ailəliklə muxtar respublikanı tərk edən Məmməd Qurbanovun kürəkəni Toğrul Abbasov polisə çağrılıb. Toğrul da o zamandan Bakıya köçüb və iki ildir Naxçıvana getmir. Naxçıvan MR DİN-in Pərviz adlı zabiti zəng edərək bir sutka ərzində Naxçıvana getməyəcəyi təqdirdə onun bacısını və digər qohumlarını girov götürəcəyi ilə hədələyib. Məmməd Qurbanov bildirir ki, hədə zəngi 070 871 85 85 nömrəsindən gəlib Maraqlı orasıdır ki, Toğrula hansı səbəbdən polisə çağırılması haqda məlumat verilmir. Ehtimal olunur ki, onun polisə çağrılmasına səbəb qaynatası Məmməd Qurbanovun Naxçıvan hakimiyyətinin özbaşınalığına etiraz əlaməti olaraq facebookda fəallıq etməsidir. Məmməd bəydə DİN zabiti ilə telefon danışıqlarının səs yazısı var və o hədələyən polisin nömrəsini də paylaşıb. Ətraflı onun statusunu oxuyun”
“Bir sutka ərzində Naxçıvana gəlməsən bacın və qohumların girov götürüləcək” - POLİSDƏN BİABIRÇI HƏDƏBu sözləri özünün feysbuk səhifəsində araşdırmaçı jurnalist Yafəz Əkrəmoğlu yazıb.
Başqa bir mənbədən redaksiyamıza vətəndaşın bacısının girov götürülməsi hədəsinin əks olunduğu və polis əməkdaşına məxsus olduğu iddia edilən iki səs yazısı da təqdim olunub. Birinci səs yazısında Toğrul Abbasovla Pərviz adlı polisin səs yazısı əks olunub. Toğrul polisə niyə çağırıldığını soruşur, ona rəsmi çağırış göndərilməsini istəyir və “rəsmi çağırış olmayacaq, mütləq gəl” cavabını alır.
İkinci səs yazısından isə özünü Pərviz müəllim kimi təqdim edən polis zabiti Toğrul Abbasovun bacanağı Nadir Məmmədovla danışaraq, ona aşağıdakı sözləri deyir: “Toğrul mütləq gəlməlidir, onu rəis çağırır, Qulu müəllim çağırır… mənlə belə danışma, əgər gəlməsə, bacısını və bacısının ərini götürərik, görüm onda necə gəlmir… kişiliyi varsa gəlməsin”. (Qulu Rüstəmov Naxçıvan daxili işlər nazirinin müavinidir).
Bu hadisənin fevralın 23-də olduğu bildirilir. Fevralın 23-də Məmməd Qurbanov da özünün facebuk səhifəsində açıqlama yayıb.
Açıqlamanı olduğu kimi təqdim edirik:
“Azərbaycan respublikası prezidenti İ.Əliyev yoldaşa!
Naxçıvan MR DİN-i Əhməd Əhmədova!
Milli şuraya!
Azadlıq qəzetinə!
Bir neçə saat öncə Naxçıvan DİN-in əməkdaşı Qulu Rüstəmov gedib kürəkənim Toğrul Abbasovun bacısının yoldaşının ünvanına!
Ona deyib ki,Əhməd Əhmədov deyir Toğrula deyin sabah birinci reyslə Naxçıvana gəlsin!
Gəlməsə onun bacısını,yoldaşını qohumlarını girov götürəcəyik!
Telefonda avtomatik səs yazısı olduğuna görə səs də qeydə alınıb!
Adı Pərviz, Sədərək polis şöbəsində kürəkənim Nadir Məmmədova işgəncə verənlərdən biri!
Tel nömrəsi 070 871 85 85
Təbii ki, mənə görə bu düşmənçilik addımı atılır!
Ə.Əhmədova çatdırmaq istəyirəm ki, mənə görə kimsənin arvad uşağına basqın etməsin, mən xaricdə deyiləm, Bakıdayam, bir killer göndərsin,məni öldürtdürsün, hökümət onun arxasındadır!
Digər tərəfdən Prezidentə çatdırmaq istəyirəm ki, nə mən, nə də kürəkənim heç bir cinayət işlətməmişik!
Prezidentə çatdırıram!!!
Ailə-uşağımı təhqir edən Ə.Əhmədov, bütün Naxçivanda aile uşağımı fahişə kimi küçələrdə camaata təbliğ edən onun polisləri, Qulu Rüstəmov, Qasım və sairlər, qohumu Namiqin vasitəsi ilə bizi şərlətdirib həbsə atan Ə.Əhmədov, təcridxanada olduğumuz müddətdə təzə TOYOTA KAMRİ maşınımı 5 ay xidməti maşın kimi istismar edib, sonda yandırıb tehvil verən Ə.Əhmədov, külli miqdarda pul fakturalarını hansıki ala bilmedim, yandıran Ə.Əhmədov, təzə 3 ədəd telefonu, sürücülük vəsiqəsinə qədər Qulunun, Qasımın əli ilə yandırtdiram Ə.Əhmədov, bir komyon malıma sahib çıxan, tecridxanada işçiləri Qulu və Qasım terefindən işgəncələrə məruz qoyan Ə.Əhmədov, gecələr təcridxanadan rəis Vilayətin iştirakı ilə aparıb şəhərin qaranlıq döngələrində təzyiq vasitəsi ilə məni hansısa təxribatda şantaj etmək üçün kameraya salan Ə.Əhmədov qışın ortasında şaxta havada lüt soyundurub açiq havada aftafa ilə üzərimə soyuq su tökdürən Ə.Əhmədov, kürəkənimin barmaqlarını kəlbetinlə şəxsən özü əzən Ə.Əhmədov, 3 ildir nəsilliklə bizi Naxçıvandan, 60 ildən artıq yaşadığım evimdən, torpağımdan qaçqin, didergin salan, qapılarımızı üzümüzə bağlı qoyan Ə.Əhmədov. nəsilliklə çörəyimizə bais olan Ə.Əhmədov, uşağım hazırlıqdan gələndə, axşam saatlarında, onu boğdurub öldürtdürmək istəyən (möcüzə olaraq əldən qurtulan) Ə.Əhmədov, məni bir ay dəlixanada girov saxlayan Ə.Əhmədov, xətti ayaqladığıma görə işgəncə verdirib, 15 sutka KPZ-də saxlayan, üstəlik gəlib KPZ-də əlavə şər atan Ə.Əhmədov, iş istədiyimə görə 5 nəfər polisin təpikləri altına saldırıb, üstəlik mənə cərimə kəsdirən Ə. Əhmədov və sair…, cinayətlərinin əvəzində nəinki heç bir cəza almamış, üstəlik prezident tərəfindən general-leytenant rütbəsi ilə mükafatlandırılan Ə. Əhmədov hansı mənəvi-hüquqi əsasla mənim kürəkənimin üzərinə hansısa saxta ittihamı qoyur???
Bu birbaşa mənə qarşı olan növbəti təxribat və düşmənçilikdir
Prezidentdən xahiş edirəm, Ə.Əhmədovdan sorsun!
Mənim kürəkənim onun nəyinə lazımdır???????????????
Xahiş edirəm, bunun qarşısını alasınız, Ə. Əhmədovun özünün cinayətləri qarşısında müttəhim qismində cavab verməsini təmin edəsiniz!!!
Ə.Əhmədov öncə öz cinayətlərinə görə qanun qarşısında cavab verməlidi, layiqli cəzasını almalıdır!
Həmçinin Azadlıq qəzetindən Prezidentə çatdırılması üçün bunun təcili ictimailəşdirilməsini xahiş edirəm!
Nəsilliklə məcburi Naxçıvan qaçqını Məmməd Qurbanov!”