Ceyranbatan yaxınlığında Bakıya atılan raketin parçası tapıldı - Rusiya istehsalıdır

19-07-2021, 20:55           
Ceyranbatan yaxınlığında Bakıya atılan raketin parçası tapıldı -
Ötən həftənin sonlarında Ceyranbatan su anbarı yaxınlığında (Bakıdan 25 km şimal) raket pilləsi atapılıb. Bu barədə Turan agentliyinə məlumatlı mənbə bildirib.

İlkin məlumatlara görə, bu, ötən il noyabrın 9-da erməni qoşunlarının Azərbaycan ərazisinə atdığı raketin bir hissəsidir. Həmin vaxt raket Xırdalan şəhəri üzərində vurulmuşdu, yerli sakinlər bunu videoya çəkmişdi.

ANAMA agentliyinin əməkdaşları hadisə yerinə gəlib, onlar raket hissəsini müayinə üçün götürüblər.

Raketin növünü mütəxəssislər müəyyən edə bilər, amma markalamasından göründüyü qədər, o, Rusiya istehsalıdır.

Ermənilərə məxsus olan Bakıətrafı ərazilərə çata biləcək bir neçə növ raket: “Toçka-U”, “İsgəndər”, “Skad”, “Elbrus” raketləri var idi və hələ də var.

Bu tapıntı ilə bağlı hələlik rəsmi məlumat paylaşılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru