Tanınmış şair təcili “Yeni Klinika”ya yerləşdirildi

10-09-2021, 23:28           
Tanınmış şair təcili “Yeni Klinika”ya yerləşdirildi
Koronavirusa yoluxan tanınmış şair-tərcüməçi Anna Bartkulaşvili xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bidirib.

Onun sözlərinə görə, hazırda Anna Bartkulaşvili intensiv müalicə alır.

“Koronavirusa yoluxmuş tanınmış şair-tərcüməçi Anna Bartkulaşvilinin sağlıq durumu ilə bağlı mesaj yazan dostlara bildirmək istərdim ki, Anna xanım "Yeni Klinika"ya yerləşdirildi, hazırda intensiv müalicə alır. Klinikanın rəhbərliyi ilə və Anna xanımla telefonla danışırıq. Həkimlərimiz mümkün olan hər şeyi edirlər ki,

Anna xanım tezliklə öz sağlamlığına qovuşsun. Müraciətimizi nəzərə alaraq Anna xanımı təcili xəstəxanaya yerləşdirib, müalicə almasına dəstək olan klinika rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Komitə sədri qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.