Narkoloji dispanserdə kütləvi davada yaralananlar olub
9-03-2016, 02:36
"Report"un xəbərinə görə, Xətai rayonu, Zığ şossesi 13-də yerləşən Narkoloji dispanserdə kütləvi dava düşüb.
Orxan və Qəni adlı şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakinləri 1977-ci il təvəllüdlü Vüqar Eyvazovu və 1991-ci il təvəllüdlü Sədirxan Kərimovu döyüblər.
Digər bir mübahisədə isə Röyal adlı şəxs xuliqanlıq zəminində Şirvan şəhər sakini 1973-cü il təvəllüdlü Əli Ağayevi döyüb.
Xəsarət alan şəxslərə tibbi yardım göstərilib.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.