Fərhad Əliyevə görə milyonluq əmlakını alıblar - MTN-in daha bir qurbanı

16-03-2016, 13:33           
Fərhad Əliyevə görə milyonluq əmlakını alıblar - MTN-in daha bir qurbanı
Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin vəzifə şəxlsərinin quldurluq əməlləri ilə bağlı yeni bir hal bəlli olub.

Vəkil Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2007-ci ildə MTN əməkdaşları tərəfindən daha bir iş adamının hədə qorxu yolu ilə əmlakı əlindən alınıb: “Seyhun Mustafayev adlı biznesmen 2007-ci ildə Rusiyadan Azərbaycana qayıdarkən MTN əməkdaşları tərəfindən hava limanında həbs edilib. Sonradan ona deyiblər ki, Fərhad Əliyevlə iş birliyin var. Seyhun Mustafayev Fərhad Əliyevi tanımadığını bildirib. Sonra onu həyat yoldaşı ilə birgə silahlı adamların müşayiəti altında notariusa aparıblar. Orada Seyhun Mustafayevin milyonlarla dollar dəyərində olan əmlakını ələ keçiriblər”.

Vəkil qeyd edib ki, S.Mustayafevin əmlakını ələ keçirən şəxslər hazırda həbs olan MTN vəzifəliləri deyil: “Seyhun Mustafayev onu saxlayan MTN əməkdaşlarını üzdən tanıyır. Həmin adamlar hazırda həbsdə olan MTN yetkililəri sırasında deyil. Bunun əmlakını ələ keçirənlər nazirliyin başqa əməkdaşlarıdır. Seyhun Mustafayevin əmlakını ələ keçirəndən sonra onu sərbəst buraxıblar. Biz bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etmişik. Bizə artıq cavab verilib. Bildirilib ki, bu hal da hazırda istintaqı aparılan cinayət işlərinə əlavə olunaraq araşdırılacaq. Məsələ ilə bağlı Seyhun Mustafayevin ifadəsi alınacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.