IBM Rusiyada texnologiyalarının satışını dayandırdı
6-03-2022, 10:06
ABŞ-ın "IBM" korporasiyası Ukraynada hadisələr ilə əlaqədarRusiya bazarında öz texnologiyalarının satışını dayandırmaqqərarına gəlib.
Trend-inməlumatına görə, bu barədə texnoloji korporasiyanın rəhbəri ArvindKrişnanın açıqlamasında deyilib.
Onun sözlərinə görə, şirkət "böhrandan zərər çəkən əməkdaşlarınıqorumaq və dəstəkləmək üçün tədbirlər görür" və "Rusiyadatexnologiya satmır". Bundan əlavə, IBM "Rusiya hərbi təşkilatlarıilə" əməkdaşlıqdan imtina edib.
Qeyd olunub ki, müvafiq qərar Ukrayna ətrafındakı vəziyyətfonunda qəbul edilib.