Bakıdakı partlayışın səbəbi məlum oldu

25-04-2016, 13:48           
Bakıdakı partlayışın səbəbi məlum oldu
Ötən gün Bakı şəhəri, Şərifzadə 20 ünvanında baş vermiş partlayışın səbəbi məlum olub - partlayış qaz sızması səbəbindən baş verib.

Trend-in məlumatına görə, hazırda hadisə yerində "Azəriqaz" İB və FHN əməkdaşları iş aparır.

"Azəriqaz" İB-dən bildirilib ki, hazırda ərazidə və ətraf evlərdə qazın verilişinin bərpası üzrə işlər aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dünən Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq diqər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib.

Əməliyyat saat 13:07-də başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru